Əfqanıstan-Pakistan sərhədində vəziyyət yenidən gərginləşib: Döyüşlər gedir

Əfqanıstan-Pakistan sərhədində vəziyyət yenidən gərginləşib: Döyüşlər gedir
Kateqoriya məlum deyil
T

Əfqanıstan-Pakistan sərhədində döyüşlər səngimir.

 

Sfera.az Pakistan KİV-ə istinadən xəbər verir ki, Duran Mela, Utaar və Manucab ərazilərində sərhəd hasarını aşmaq üçün üç cəhd qeydə alınıb. Cavab atəşi nəticəsində 5 "Taliban" döyüşçüsü öldürülüb.

 

Manucabda sərhəd postuna hücum dəf edilib və "Taliban" qüvvələri geri çəkilib.

 

Xarlaçi postu yaxınlığında artilleriya atəşi mübadiləsi baş verib.

 

Pakistan artilleriyası Əfqanıstanın Ziqar və Əşrəf Sər istehkamlarına zərbələr endirib. Bundan sonra "Taliban" bölmələri mövqelərindən geri çəkiliblər.

 

Eyni zamanda, bəzi mənbələr Pakistan tərəfdən azı 12 hərbçinin həlak olduğunu bildirirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR