ABŞ hərbçiləri Qəzzaya daxil olmayacaq

ABŞ hərbçiləri Qəzzaya daxil olmayacaq
Kateqoriya məlum deyil
T

ABŞ və müttəfiqləri Qəzzada sabitliyi təmin etmək üçün yeni əlaqələndirmə mərkəzi quracaq. Lakin ABŞ hərbçiləri Qəzza torpağına daxil olmayacaq.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper sülh razılaşmasının qüvvəyə minməsindən sonra İsrailə səfər edib. 

 

Onun rəhbərliyi ilə təxminən 200 Amerika hərbçisinin iştirakı ilə İsraildə koordinasiya qərargahı yaradılacaq.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki. ABŞ rəsmilərinin bildirdiyinə görə, bu hərbçilərin vəzifəsi yalnız müşahidə aparmaq, atəşkəsin pozulmasının qarşısını almaq və razılaşmanın icrasına nəzarət etmək olacaq.

 

ABŞ administrasiyasından yüksək vəzifəli bir mənbə açıqlayıb ki, admiral Kuperin komandasına Türkiyə, Misir, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən hərbi nümayəndələr də qoşulacaq.

 

“CNN”in məlumatına görə, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı İsraildə mülki-hərbi əlaqələndirmə mərkəzi yaradacaq. Bu mərkəz Qəzzada sabitliyin qorunması səylərini dəstəkləyəcək, lakin ABŞ bölgəyə hərbi qüvvə göndərməyəcək.

 

Ağ Evin sözçüsü Kerolin Levitt də açıqlamasında bildirib ki, ABŞ hərbçiləri yalnız İsraildə razılaşmanın gedişini izləyəcək və beynəlxalq tərəfdaşlarla birgə fəaliyyət göstərəcək.

 

İsrailin dövlət televiziyası “Kan” isə Qəzzada fəaliyyət göstərəcək beynəlxalq qüvvənin silahlı olacağını bildirib, lakin detallar açıqlanmayıb.

 

Türkiyə, Misir və Qətərin iştirakı ilə formalaşacaq bu sabitlik qüvvəsinin strukturu, silahlanma səviyyəsi və bölgəyə giriş qaydaları yaxın günlərdə tərəfdaş ölkələrlə müzakirə ediləcək.

 

Qəzzada HƏMAS silahı yerə qoysa da, bölgədə hələ də müxtəlif silahlı qrupların mövcudluğu səbəbindən sabitlik qüvvəsinin yerləşdirilməsi və logistik planlamanın diqqətlə aparılması nəzərdə tutulur.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR