Mbappe növbəti matçı buraxacaq

Mbappe növbəti matçı buraxacaq
Kateqoriya məlum deyil
T

Madridin “Real” klubunun hücumçusu və Fransa millisinin kapitanı Kilian Mbappe zədəsinə görə 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Mbappe oktyabrın 13-də baş tutacaq oyunu sağ topuq nahiyəsindəki zədəsinə görə buraxacaq.

 

Qeyd edək ki, futbolçu ötən gün Azərbaycan yığmasına qarşı ev oyununda zədələnib. Mbappe eyni zədəni 4 oktyabrda İspaniya çempionatının səkkizinci turunda “Vilyarreal” klubuna qarşı matçda da almışdı.

 

Xatırladaq ki, 2026-cı ilin Dünya Çempionatı 11 iyun–19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR