Logo

Rusiya Ukraynaya raket hücumu edib - Azı 4 nəfər ölüb

Rusiya Ukraynaya raket hücumu edib - Azı 4 nəfər ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gecə Rusiya Ukraynanın Çerniqov bölgəsində hərbi-texniki məqsədlər üçün istifadə olunan maşına zərbə endirib.

Sfera.az “UNIAN“a istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Yerli hərbi administrasiya rəhbəri Vyaçeslav Çausun bildirdiyinə görə, hadisə dron hücumu nəticəsində baş verib.

Daha bir hücumda isə bölgədə yerləşən zavodun ərazisindəki maşına zərbə endirilib.

Nəticədə iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

Ukraynalı rəsmisinin sözlərinə görə, Rusiya sözügedən bölgəyə gələn yardım briqadasına da hücum edib.

Rusiya ordusunun Odessaya endirdiyi zərbələr nəticəsində isə yarımstansiya və dəmir yolu qovşağı ərazisində 20-yə yaxın partlayış qeydə alınıb.

Yerli “Telegram” kanallarının məlumatına görə, şəhərdə elektrik və su təchizatı kəsilib, internet bağlantısında da problemlər var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR