Tramp Yaxın Şərqə səfər edəcək

Tramp Yaxın Şərqə səfər edəcək
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağından israilli girovların azad edilməsinin planlaşdırıldığı 13 və ya 14 oktyabr tarixlərində Yaxın Şərqə səfər edəcəyinə ümid etdiyini bildirib.

 

Sfera.az bu barədə Tass agentliyinə istinadən xəbər verir.

 

“Düşünürəm ki, girovlar bazar ertəsi və ya çərşənbə axşamı qaytarılacaq. Yəqin ki, orada olacağam. Ümid edirəm ki, orada olacağam. Bazar günü getməyi planlaşdırırıq və mən bunu səbirsizliklə gözləyirəm”,-Tramp Ağ Evdə açıqlamasında deyib.

 

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat vermişdi ki, Qəzza zolağında radikallar tərəfindən saxlanılan israilli girovların 13 və ya 14 oktyabrda İsrailə qaytarılması gözlənilir.


Razılaşmaya əsasən, İsrail tərəfi oktyabrın 20-dən sonra 250 fələstinli məhbusu və Qəzza zolağının 1700 sakininin azad edilməsini planlaşdırır.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR