Makrona 48 saat vaxt verildi

Makrona 48 saat vaxt verildi
Kateqoriya məlum deyil
T

Fransa Prezidenti Emmanuel Makron ölkədə dərinləşən siyasi böhranı aradan qaldırmaq üçün siyasi partiyaları təcili iclasa çağırıb. Prezidentin 48 saat ərzində yeni Baş naziri müəyyənləşdirməsi gözlənilir. Əgər bu baş verməsə, Avropada yeni maliyyə böhranının yaranacağı bildirilir.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Yelisey Sarayının məlumatına görə, Makron son iki il ərzində altıncı dəfə Baş nazir axtarışına çıxıb. Yeni hökumət başçısının 48 saat ərzində açıqlanacağı vurğulanıb. Əks halda, hökumətin dağılması riski mövcuddur.

 

Makronun təşəbbüsü ilə keçiriləcək görüş cümə günü baş tutacaq. İclasın Bakı vaxtı ilə saat 15:00-da keçirilməsi planlaşdırılır. Siyasi dairələrdə Baş nazir postuna bir neçə namizədin adı çəkilib. Can Lui Borlo, Pyer Moskovisi və yaxın günlərdə istefa verən Sebastyan Lekornu. Fransa son illərin ən ciddi siyasi böhranlarından birini yaşayır. Ötən il keçirilən növbədənkənar seçkilər Makronun mövqelərini zəiflədib və parlamenti daha da parçalanmış vəziyyətə salıb.

 


Hazırda ölkənin büdcə kəsiri 5,4 faizə yaxınlaşıb. Beynəlxalq reytinq agentlikləri Fransa hökumətini kredit reytinqinin enməsi barədə xəbərdarlıq ediblər.
Son bir ildə maliyyə sabitliyinin bərpası istiqamətindəki cəhdlər üç baş nazirin istefası ilə nəticələnib. Makron isə yeni təyinatla bu vəziyyəti dəyişməyə çalışır.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR