Türkiyə və Ukrayna Qara dənizi müzakirə edir

Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə minaların və pilotsuz qayıqların sürüklənməsi ilə bağlı insidentlər fonunda əlavə təhlükəsizlik tədbirlərinin hazırlanması üçün Ukrayna ilə danışıqlar aparır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdəki mənbələrin verdiyi məlumata görə, hazırda bölgədə 24 saatlıq hava və dəniz kəşfiyyatı həyata keçirilir. Bu əməliyyatlar açıq dəniz zolaqlarında naviqasiya azadlığını təmin etmək və təhlükə yaradan minaları, pilotsuz uçuş aparatlarını (İHA) və qayıqları aşkar edib məhv etmək məqsədi daşıyır.
“Biz həmçinin Ukrayna ilə yeni tədbirlər hazırlamaq və bu mövzuda əməkdaşlığı gücləndirmək üçün danışıqlar aparırıq”, – mənbə bildirib.
Qeyd edək ki, oktyabrın 7-də Trabzon və Artvin sahillərində şübhəli obyektlər ehtimal olunan pilotsuz qayıqlar aşkar edilərək mütəxəssislər tərəfindən zərərsizləşdirilib.
Fidan Hacızadə
Sfera.az






