İsrail Qəzzadan geri çəkilir

Kateqoriya məlum deyil
T
İsrail hökuməti Misirdə HƏMAS-la əldə edilən atəşkəs razılaşmasını təsdiqləyib.
Sfera.az xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, razılaşmanın ilk mərhələsi artıq icra olunmağa başlayıb. Bu mərhələ çərçivəsində İsrail ordusunun Qəzza zolağından qismən geri çəkilməsi prosesi həyata keçirilir.
Qeyd olunur ki, atəşkəs razılaşması regionda gərginliyin azaldılması və humanitar yardımın Qəzzayə çatdırılmasını təmin etmək məqsədi daşıyır.
Bəsti Rəfizadə
Sfera.az






