Ana qızının sevgilisinə killer tutduğu üçün tutuldu

Ana qızının sevgilisinə killer tutduğu üçün tutuldu
Kateqoriya məlum deyil
T

Ukraynada bir yaşlı qadın əri xaricdə işləyən qızının yeni münasibətinə qəti şəkildə qarşı çıxıb və məsələni öz yolu ilə həll etmək qərarına gəlib.

 

Belə ki, o qızının sevgilisini sifarişli qətllə aradan götürmək istəyib. 

 

Sfera.az bildirir ki, yaşlı qadın qızının ailəsini xilas etmək üçün 1500 dollara killer tutub. O, qatilə "sevgi üçbucağı"nın səbəbkarını aradan qaldırmaq təklifi edib.

 

Lubnı Şəhər Rayon Məhkəməsinin məlumatına görə, şübhəlinin qızı hələ evli ikən 2020-ci ildə həyat yoldaşı xaricdə pul qazanarkən başqa kişi ilə görüşməyə başlayıb.

 

Ana bu münasibətdən qəti şəkildə narazı qalıb və hətta münasibətləri kəsib ərinin yanına qayıtması üçün ona yalvarıb.

 

2023-cü il iyulun 2-də kürəkən xaricdən qayıdıb və qayınanası ilə birgə yaşayıb. Üç gündən sonra qadın boşanmaq üçün məhkəməyə müraciət edib, ortaq pulunu, maşınını və qızını alıb. O vaxta qədər o, artıq münasibətlərini gizlətməyib və sevgilisi ilə birgə yaşayıb.

 

Sülh yolu ilə həlldən ümidini kəsən təqaüdçü ana sevgili maneəsini aradan qaldırmaq qərarına gəlib. O, 2023-cü ilin avqustunda qonşusunun köməyi ilə potensial bir qatil tapıb, ona işin bütün detallarını və missiyasını izah edib.

 

Qadın, killerə depozit kimi 200 dollar verib, qurbanın şəklini verib, pulun qalan hissəsini isə tamamlanan işin şəkillərini görəndə ödəyəcəyini bildirib.

 

Lakin həmin şəxs cinayətin qarşısını almaq qərarına gəlib və polislə əlaqə saxlayıb, onlara söhbətin səs yazısını və digər materialları təqdim edib.

 

Sifarişçini ifşa etmək üçün polis zərərçəkənin ölümünü səhnələşdirib və qadın qalan məbləği “qatil”ə təhvil verərkən onu saxlayıb.

 

Məhkəmədə qadın özünü təqsirli bilməyib və heç bir qətl planlaşdırmadığını iddia edib, eyni zamanda qızının sevgilisini döydürmək istəməsini gizlətməyib. O bu addımı kişinin həyatlarından yox olması üçün atmaq istədiyini bildirib.

 

Məhkəmə şübhəlinin arqumentlərini rədd edib və onu muzdla adam öldürməyə cəhddə təqsirli bilib. O, 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Aysel

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR