Vyanada “Eurovision 2026” baş tutmaya bilər: Müsabiqə siyasi qalmaqala çevrildi

“Eurovisoon 2026” (Avroviziya) Mahnı Müsabiqəsinə ev sahibliyi məsələsi beynəlxalq siyasi mübahisəyə çevrilib. Bir neçə ölkə İspaniya hökumətinin təşəbbüsü ilə israilli iştirakçının müsabiqədən kənarlaşdırılmasında israrlıdır. Bu məsələ ilə bağlı gizli səsvermə noyabr ayına təyin edilib və mənbələrin fikrincə, Avropa Yayım Birliyinin (EBU) üzvlərinin əksəriyyəti bu ideyanı dəstəkləyə bilər.
Sfera.az bildirir ki, Vyanada “Eurovision 2026” keçirilməyə bilər. Belə ki, İsrail “Eurovision”dan kənarlaşdırılarsa, Avstriya geri çəkilə bilər.
Artıq Avstriyada bu məsələ ilə bağlı mübahisəli fikirlər səslənib. Mühafizəkar ÖVP partiyası müsabiqənin İsrailin iştirakı olmadan keçirilməsinə qarşı çıxıb. Avstriya mediasının məlumatına görə, kansler Kristian Stoker və dövlət katibi Aleksandr Prjol ORF yayımçısının rəhbərliyinə və Vyana şəhər hökumətinə təzyiq edirlər ki, İsrail kənarlaşdırılsa, Avstriyanı tədbirə ev sahibliyi etməkdən çəkindirsin.
Avstriya “Eurovision”a ev sahibliyi etməkdən imtina edə bilər
“Yəhudi sənətçilərin Vyanaya gəlməsinə qadağa qoyan tərəfin biz olması mümkün deyil”.
Bu arada ORF çətin vəziyyətdədir. Şirkət bu il Avstriya qalib gələrsə, “Eurovision 2026”ya rəsmi ev sahibliyi etməyi öhdəsinə götürüb. Yayımçı imtina edərsə, o, yeni təşkilatçıya 40 milyon avroya qədər cərimə ödəyə bilər. KİV-in məlumatına görə, ORF rəhbəri Roland Weissmann artıq hökumətə açıq şəkildə bildirib ki, dövlət bu xərclərin bir hissəsini - təxminən 26 milyon avronu ödəməli olacaq.
Vyana meri Michael Ludwig də bildirib ki, İsraili kənarlaşdırmaq səhv olar, lakin şəhər əhəmiyyətli gəlir gətirdiyi üçün yarışı keçirməyə hazırdır. Lüdviqlə kansler Stoker arasında böhran danışıqlarının davam etdiyi bildirilir.
Aysel






