Fransa da atəşkəsi dəstəkləyir: "Sülhə töhfə verməyə hazırıq”

Kateqoriya məlum deyil
T
Fransa Prezidenti Emmanuel Makron Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb.
Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, o, respublikanın İsrail-Fələstin münaqişəsinin yekun həllinə yardım etməyə hazır olduğunu bəyan edib.
Makron ABŞ Prezidenti Donald Trampın, eləcə də Qətər, Misir və Türkiyədən olan vasitəçilərin səylərini yüksək qiymətləndirərək "X" platformasında region üçün böyük ümidlərinin olduğunu yazıb.
Fransa lideri tərəfləri sazişin şərtlərinə əməl etməyə çağıraraq bildirib ki, bu addım müharibəyə son qoymalı və iki dövlətli həll yoluna əsaslanan siyasi nizamlanmaya yol açmalıdır.
Fidan Hacızadə
Sfera.az






