Erməni deputatlar Türkiyəyə göndərilir

Kateqoriya məlum deyil
T
Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatları Türkiyəyə gələcək.
Sfera.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan fərman imzalayıb.
Parlamentin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan, nümayəndə heyətinin üzvləri, deputatlar Mariya Karapetyan, Lilit Minasyan, Artur Hovhannisyan və digərləri ATƏT PA-nın Payız Sessiyasının işində iştirak etmək üçün 16-20 noyabr 2025-ci il tarixlərində İstanbula səfər edəcəklər.






