İsrail ordusu geri çəkilir - Hazırlıqlar başlayıb

İsrail ordusu geri çəkilir - Hazırlıqlar başlayıb
Kateqoriya məlum deyil
T

İsrail müdafiə qüvvələri Qəzza zolağında öz bölmələrini razılaşdırılmış yerləşdirmə xətlərinə çəkməyə hazırlaşır.

 

Sfera.az bu barədə “İnterfaks” nəşrinə istinadən xəbər verib.

 

"İsrail ordusu siyasi rəhbərliyin göstərişlərinə və əməliyyat şəraitinə uyğun olaraq sazişin icrası üçün hazırlıqlara başlayıb. Bu prosesin bir hissəsi olaraq razılaşdırılmış xətlərə sürətlə geri çəkilmək üçün hazırlıqlar və döyüş protokolları hazırlanır", - deyə İsrail ordusundan bildirilib.


Eyni zamanda, hərbçilər anklavda kontingentinin yerləşdirilməsinin davam etdiyini və əməliyyat vəziyyətində istənilən dəyişikliyə hazır olduğunu açıqlayıblar.


ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İsrail liderlərinin və HƏMAS-ın Qəzza zolağında münaqişənin həlli üçün təklif etdiyi planın birinci mərhələsinə razılaşdıqlarını açıqlamışdı. O, bəyan edib ki, HƏMAS tezliklə bütün girovları azad edəcək, İsrail isə Qəzza zolağındakı qoşunlarını razılaşdırılmış xəttə çəkəcək.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR