İsrailli girovlar azad olunacaq - Tarix açıqlandı

Kateqoriya məlum deyil
T
İsrail və HƏMAS arasında razılaşma əsasında israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi oktyabrın 13-də baş tuta bilər.
Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
O, ölən girovların cəsədlərinin qaytarılacağını da qeyd edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti bəyan etmişdi ki, İsrail və HƏMAS nümayəndələri Misirdəki danışıqlardan sonra sülh planının birinci mərhələsinə dair sazişlər imzalayıblar. Trampın sözlərinə görə, bura yaxın gələcəkdə bütün girovların azad edilməsi və İsrail qoşunlarının Qəzza zolağı daxilində razılaşdırılmış xəttə çıxarılması daxildir. O əlavə edib ki, güclü, davamlı və əbədi sülhə doğru ilk addımlar atılıb.
Firuzə Əliyeva
Sfera.az






