“Dünya Rusiya və ABŞ-dən asılıdır” - Kirill Dmitriev

"Dünya Rusiya və ABŞ-dən asılıdır" - Kirill Dmitriev
Kateqoriya məlum deyil
T

Dünyanın taleyi Rusiya və ABŞ-nin qlobal çağırışları həll etmək üçün bir-birini nə dərəcədə effektiv dinləyə, başa düşə və bir-biri ilə necə işləyə biləcəyindən asılıdır.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriev, konqresmen Anna Paulina Lunanın oktyabrın sonunda qarşıdan gələn görüşlərini təsdiqləməsini şərh edərkən deyib.

 

"Konqresmen Lunanın, sülh və dialoqun lehinə olan cəsarətli mövqeyinizə görə təşəkkür edirəm. Dünya ABŞ və Rusiyanın bir-birini nə dərəcədə dinləyə, başa düşə biləcəyindən və qlobal problemlərin həlli üçün birgə işləyə biləcəyindən asılıdır. Görüşümüzü və konstruktiv müzakirəmizi səbirsizliklə gözləyirəm", - Dmitriyev bildirib.

 

Qeyd edək ki, bir gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Florida ştatından olan respublikaçı üzvü Anna Paulina Luna Rusiya prezidentinin xüsusi nümayəndəsi ilə görüşəcəyini rəsmən təsdiqləyib. O, iki ölkənin düşmən olmağa heç bir səbəbinin olmadığını və ticarət sahəsində əməkdaşlığın qarşılıqlı faydalı olacağını vurğulayıb. Onun sözlərinə görə, açıq dialoqun davam etdirilməsi təkcə amerikalılar üçün deyil, bütün dünya üçün vacibdir.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR