Tramp onlara silah gücü tətbiq edəcək

Ağ Ev rəsmiləri 1807-ci ildə qəbul edilmiş “Üsyanların yatırılması haqqında” qanunun tətbiqini nəzərdən keçirirlər. Həmin qanun dövlət başçısına ölkə daxilində silahlı qüvvələrdən istifadə etmək səlahiyyəti verir.
Sfera.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
Məlumata görə, bu məsələ Donald Trampın ikinci prezidentlik müddətinin əvvəlindən Ağ Evin gündəmindədir.
Əvvəllər rəsmilər qanuna müraciət etməyin ümumiyyətlə məqsədəuyğun olub-olmadığını müzakirə edirdilərsə, indi onun nə zaman və necə tətbiq olunmasının mümkünlüyünü araşdırırlar.
Bununla belə, ABŞ liderinin müşavirləri yekdilliklə bildiriblər ki, “Üsyanların yatırılması haqqında” qanunun tətbiqindən əvvəl bütün digər variantların tükəndiyinə əmin olmaq vacibdir.
Qeyd olunur ki, bu qanuna sonuncu dəfə 1992-ci ildə Los-Ancelesdə baş verən iğtişaşlar zamanı müraciət edilmişdi. Hazırda Trampın ölkə üzrə şəhərlərdə iğtişaşların qarşısını almaq üçün Milli Qvardiyanın cəlb edilməsini istəməsi fonunda bu addımın yenidən gündəmə gətirildiyi bildirilir. İllinoys, Kaliforniya və Oreqon da daxil olmaqla bir sıra ştatların qubernatorları isə belə bir addıma qarşı çıxır və bunu məhkəmələrdə mübahisələndirirlər.
Niyaz Hacıyev
Sfera.az






