Tibb üzrə Nobel mükafatı laureatı müəmmalı şəlildə yoxa çıxdı

2025-ci il tibb üzrə Nobel mükafatı təqdim olunub. "İmmunitet sisteminin öz toxumalarına hücumunun qarşısını alan mexanizmləri" kəşf edən Mary Brunkow (Meri Brunkov), Fred Ramsdell və Shimon Sakaguchi (Şimon Sakaquçi) qalib olublar.
Sfera.az xəbər verir ki, yeni Nobel mükafatı laureatı Fred Ramsdell müəmmalı şəkildə itkin düşüb. Tanınmış alim rəsmən havada yoxa çıxıb.
2025-ci il tibb üzrə Nobel mükafatını alan alimlərdən Fred Ramsdelllə əlaqə saxlamaq mümkün deyil. Tanınmış alim Fred Ramsdellin Nobel mükafatı aldığını dünya bilir, lakin onun özü hələ bu haqda eşitməyib.
Lakin şükürlər olsun ki, narahatlığa əsas yoxdur.
Ramsdellin cib telefonu siqnalı olmayan bir ərazidə gəzintiyə çıxdığı güman edilir. Onun Aydaho ştatının dağlıq bölgələrində olduğuna və "rəqəmsal detoks" keçirdiyi üçün telefonundan uzaq olduğuna inanılır.
Nobel Komitəsinin katibi Tomas Perlmann:
“Biz onunla əlaqə saxlaya bilmirik. O, yəqin ki, təbiət qoynunda əylənir” - deyə bildirib. Ramsdelin yaxın dostu və həmkarı Jeffrey Bluestone:
“Ona zəng etməyə çalışdım, lakin heç bir siqnal olmadı. O, Aydaho dağlarına kürək çanta ilə getmiş ola bilər" -deyib.
Qeyd edək ki, Ramsdell immun sistemi ilə bağlı əhəmiyyətli kəşflərinə görə builki Nobel mükafatına layiq görülüb.
Ramsdell, Sietldən Mary Brunkow və Yaponiyanın Osaka Universitetindən Şimon Sakaquçi ilə birlikdə immunitet sistemi ilə bağlı əhəmiyyətli kəşflər edib.
Tibb üzrə Nobel Mükafatı elan edilərkən aşağıdakı bəyanat verilib:
"Bədənin güclü immun sistemi tənzimlənməlidir, əks halda o, öz orqanlarımıza hücum edə bilər. Meri E. Brunkov, Fred Ramsdell və Şimon Sakaquçi orqanizmin immunitet sisteminə zərər verməsinin qarşısını alan periferik immun tolerantlığın əsasını qoyan kəşflərinə görə 2025-ci il Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülüblər."
Aysel








