Sumqayıtın bu ərazisində qaz olmayacaq

Sumqayıtın bu ərazisində qaz olmayacaq
Kateqoriya məlum deyil
T

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən Sfera.az-a verilən məlumata görə, Balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şossesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

 

Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR