Cennifer Lopez uşaqlarını ictimaiyyət qarşısına çıxardı - FOTOLAR

Cennifer Lopez uşaqlarını ictimaiyyət qarşısına çıxardı - FOTOLAR
Kateqoriya məlum deyil
T

56 yaşlı müğənni və aktrisa Cennifer Lopez iki övladını, 17 yaşlı əkizləri Maksimilian və Emmanı Nyu-Yorkda keçiriləcək "Hörümçək qadının öpüşü" adlı musiqili dramının xüsusi nümayişinə gətirib.

Sfera.az bildirir ki, musiqili filmdə rol alan J.Lo filmin mövzusuna uyğun elementləri olan formada qəhvəyi rəngli “Harris Reed”in çiçəkli paltarını geyinib. Saçları arxaya yığılmış olub.
 

Maks və Emme qırmızı xalçada məşhur analarının yanında poza veriblər. Əkizlər tünd qırmızı, qəhvəyi və qara rəngli paltarlar geyiniblər. J.Lo-nun oğlu kombinini boş gödəkçə ilə tamamlayıb, qızı isə xüsusi tikilmiş pencək və tünd şalvar geyinib. Bu, ulduzun əkizləri ilə birlikdə nadir ictimaiyyət qarşısında görünməsi olub. Çünki Lopez adətən yetkinlik yaşında olduqları üçün onların kameralar önündə olmasını istəmir.
 

Maraqlıdır ki, J.Lo keçmiş əri Ben Afflek “Hörümçək qadının öpüşü” filminin icraçı prodüseridir və xəbər verdiyimiz kimi o da nümayişə qatılıb.
 

Qeyd edək ki, Lopez 2014-cü ildə boşandığı keçmiş əri Mark Entonidən əkiz uşaqları var. Mark Entoni isə, artıq 2023-cü ilin iyununda övladını dünyaya gətirən model Nadia Ferreyra ilə evlidir.


Bu arada Lopez 2022-ci ildə “Oskar” mükafatlı aktyor Ben Affleklə ailə həyatı qurub. Lakin Afflek və Cennifer Lopezin evliliyi cəmi iki il davam edib. Evliliyin ikinci ildönümündə müğənni boşanmaq üçün məhkəməyə müraciət edib. Keçmiş cütlüyün birgə övladları yoxdur.

 

Aysel

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR