“Avropa İttifaqı Moldovanı müharibəyə hazırlayır"

"Avropa İttifaqı Moldovanı müharibəyə hazırlayır"
Kateqoriya məlum deyil
T

Brüssel Moldovanı gələcəkdə Avropa İttifaqının üzvü kimi deyil, cəbhə xəttinə yaxın ərazi kimi müharibəyə hazırlayır. 

 

Sfera.az xəbər verir ki, bunu ölkənin keçmiş prezidenti, əsas müxalif qüvvə olan Sosialistlər Partiyasının sədri və onun ətrafında yaradılmış Vətənpərvər Blokun lideri İqor Dodon bəyan edib.

 

“Avropa İttifaqının hazırkı rəhbərliyi Moldovanı müharibəyə hazırlayır və ölkəmizə Aİ-nin gələcək üzvü kimi deyil, geosiyasi rəqiblərinə qarşı istifadə edə biləcəkləri təhlükə zonasına çevrilə biləcək cəbhə bölgəsi kimi baxır. Buna görə də onlara burada özlərinə tabe olan hakimiyyət, Maya Sandu və onun Fəaliyyət və Həmrəylik Partiyası lazımdır. Elə buna görə də Moldovanı hərbi texnika ilə silahlandırırlar ki, lazım gəldikdə xəritədə daha bir qaynar nöqtə yarada bilsinlər”, – deyə Dodon Telegram kanalında yazıb.

 

Xatırladaq ki, bir müddət əvvəl Moldova parlamenti prezident Maya Sandunun təqdim etdiyi milli təhlükəsizlik strategiyasını təsdiqləyib. Sənəddə Rusiya əsas təhlükə mənbəyi kimi göstərilib. Strategiyada qeyd olunur ki, Moldova konstitusiyada təsbit olunmuş daimi neytrallıq statusuna baxmayaraq, NATO və Aİ ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək və hərbi xərcləri artıracaq.


İqtisadi böhran şəraitində müdafiə xərclərinin milyonlarla dollara çatması bütün müxalif partiyalar tərəfindən tənqid olunur.


Bu siyasi kurs Qaqauziya muxtariyyəti və tanınmamış Dnestryanı respublika rəhbərliyində narahatlıq doğurub. Onlar NATO-nun bölgədə, Rusiya sülhməramlılarının yerləşdiyi təhlükəsizlik zonasına yaxın yerlərdə keçirdiyi hərbi təlimlərin sayının artmasından narazılıq bildiriblər. 


Moldova ictimaiyyəti arasında da şəhərlərdə tez-tez görünən xarici hərbçilərin varlığı narahatlıqla qarşılanır. Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu daha əvvəl bəyan etmişdi ki, Aİ və ya NATO ölkələrinin silahlı qüvvələrinin Moldovaya daxil olması ehtimalı istisna edilmir. 


Qurumun məlumatına görə, bu addım Pridnestrovyedə və ya Dnestr çayı üzərində yerləşən Rusiya sülhməramlılarına qarşı təxribatların nəticəsində həyata keçirilə bilər.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR