Ceniffer Lopez boşandıqdan sonra gözlənilmədən Ben Affleklə yenidən bir araya gəldi - FOTOLAR

Ceniffer Lopez boşandıqdan sonra gözlənilmədən Ben Affleklə yenidən bir araya gəldi - FOTOLAR
Kateqoriya məlum deyil
T

Cennifer Lopez və Ben Afflek ictimaiyyət qarşısında yenidən bir araya gəlib.


Bir müddətdir ki, rəsmi boşanan amerikalı aktrisa və müğənni Cennifer Lopez və “Oskar” mükafatlı aktyor Ben Afflek xalqa qovuşması ilə hər kəsi təəccübləndirib.
 

Sfera.az bildirir ki, keçmiş məşhur cütlük mühüm hadisə üçün birlikdə görünüb. Oktyabrın 6-da onlar Nyu-Yorkda “Hörümçək qadının öpüşü” musiqili filminin premyeradan əvvəlki nümayişində iştirak ediblər. Filmdə J.Lo baş rol oynayır, Ben Afflek isə baş prodüser kimi çıxış edir.
 

Keçmiş məşhur cütlüyün foto çəkdirməsi və söhbət etməsi barışıq şayiələrini alovlandırıb. Bəzi kadrlarda Benin hətta J.Lo-nun qulağına nəsə pıçıldadığını və onu mehribanlıqla qucaqladığını görmək olar.
 

Filmin nümayişindən əvvəl Lopez mətbuata açıqlama verib. O, açıq şəkildə keçmiş sevgilisinə təşəkkür edib və filmin onsuz çəkilməyəcəyini qeyd edib.
 

Ulduz: "Bu axşam burada olan hər kəsə çox təşəkkür edirəm. Təşəkkür edirəm, Ben, bu film Ben və “Artist Equity” (istehsal şirkəti) olmadan çəkilməzdi”-deyə bildirib.

Məşhurların pərəstişkarları J.Lo və Afflek arasında hisslərin yenidən alovlandığını düşünməyə başlayıblar. Ancaq çox güman ki, onlar sadəcə olaraq yeni bir layihəyə diqqət çəkmək üçün birlikdə görünməyə qərar veriblər.



Qeyd edək ki, Afflek və Lopez 2022-ci ilin iyulunda evləniblər, lakin 2024-cü ilin yayında boşandıqlarını açıqlayıblar. Onların birgə uşaqları yoxdur, lakin Benin Cennifer Qarnerlə evliliyindən üç övladı var. Bu arada Cenniferin müğənni Mark Entoni ilə evliliyindən oğlu Maks və qızı Emma var.

 

Aysel

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR