Fransadakı dəyişikliklər Avropa İttifaqına mənfi təsir edəcək

Fransadakı hökumət dəyişiklikləri Avropa İttifaqında narahatlıq yaradıb və avrozonanın iqtisadi vəziyyətinə mənfi təsir göstərə bilər.
Sfera.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Fransanın siyasi qeyri-sabitliyi bütün avrozonanı təhlükə altına qoyur.
Brüsseldə bir neçə diplomat hesab edir ki, prezident Emmanuel Makron “yaltaq ördək” kimi görünür və onun Avropa İttifaqındakı təsiri zəifləyir. Erkən seçkilər uzunmüddətli Avropa büdcəsinin qəbulunu da çətinləşdirə bilər.
Baş nazir Sebastian Lekornunun istefası fonunda müxalifət partiyaları hökumətin və hətta prezident Makronun istefasını tələb edir. Bununla belə, fransız rəsmilər hesab edir ki, iqtisadiyyat nazirliyində hələ də vəziyyət idarə altındadır.
Qeyd edək ki, Fransadakı qarışıqlıq həm Almaniya və Böyük Britaniya ilə birgə layihələrə, həm də Avropa təhlükəsizliyi məsələlərinə mənfi təsir göstərə bilər.
Niyaz Hacıyev
Sfera.az






