Avropalılar müdafiə sisteminin gücləndirilməsini istəyir

Avropalılar müdafiə sisteminin gücləndirilməsini istəyir
Kateqoriya məlum deyil
T

Avropalıların 67 faizi müdafiə sahəsinə yatırımların artırılmasını dəstəkləyir. 


Sfera.az xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb. Bu göstərici 2024-cü ilin aprelindəki 74 faizlə müqayisədə 7 faiz bəndi azalıb.

 

Sorğu “Polling Europe” tədqiqat şirkəti tərəfindən aparılıb və nəticələr regional fərqləri də üzə çıxarıb: Cənubi Avropada respondentlərin 59 faizi müdafiə xərclərinin artırılmasını dəstəkləyir, Mərkəzi və Şərqi Avropada bu rəqəm 76 faiz, Şimali Avropada isə 73 faizdir. İtaliyada bu göstərici cəmi 48 faiz, İspaniyada isə 68 faiz təşkil edir.

 

Sorğu iştirakçılarının təxminən yarısı, 48 faizi müdafiə sahəsində investisiyaların Avropa Komissiyası səviyyəsində koordinasiyasını dəstəkləyir, 41 faizi isə qərarların milli hökumətlər tərəfindən qəbul edilməsini üstün tutur.

 

Ümumilikdə avropalıların 52 faizi hesab edir ki, qitə üçüncü bir ölkə ilə uzunmüddətli münaqişəyə hərbi baxımdan yetərincə hazır deyil.

 

Qeyd edək ki, tədqiqat 17–19 sentyabr tarixlərində keçirilib. Sorğuda 5,4 mindən çox nəfər iştirak edib.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR