Yüzlərlə turist ölə bilər

Yüzlərlə turist ölə bilər
Kateqoriya məlum deyil
T

Tibetdə Everest dağının şərq üzündə qar fırtınası nəticəsində qapalı qalan yüzlərlə turist xilasedicilər tərəfindən təhlükəsiz əraziyə gətirilib, Çin dövlət mediası bildirib ki, qeyri-adi güclü qar və yağış Himalay dağlarını vurub.

 

Sfera.az xəbər verir ki, 350 turist kiçik Kudanq şəhərinə çatıb.

 

Qeyd edək ki, bu həftə yüzlərlə turist Çinin səkkiz günlük Milli Günü tətilindən istifadə edərək Everestin şərq üzünə aparan uzaq Karma Vadisinə gedib.

 

Turistlərdən biri deyib ki, Everestdə qəfil güclü qar yağacağını və temperaturun kəskin aşağı düşəcəyini heç kim gözləmirdi.

 

Everest dağının şərq yamacındakı düşərgədən müşayiət olunan başqa bir səyahətçi düşərgəyə sentyabrın 28-də gəldiyini və oktyabrın 4-də çovğun yolu bağlayana qədər dağdan aşağı endiyini bildiri.

 

Onun sözlərinə görə, dünyanın ən yüksək dağına qar oktyabrın 3-də axşamdan başlayıb və səhəri günə qədər davam edib.

 

Düşərgənin orta hesabla 4200 metr yüksəklikdə yerləşdiyini qeyd edən Sun:

 

"Dağda olan dostlardan eşitdim ki, həmin gecə güclü qar fırtınası olub. Çox adamın çadırları əzilib. Düşərgədə qarın dərinliyi 10 metrdən çox olub, dağdan enən bütün keçidlər bağlanıb" - deyə bildirib. 

 

Daha əvvəl bildirilmişdi ki, yüzlərlə yerli sakin və xilasetmə qrupları təxminən 1000 nəfərin tələyə düşdüyü əraziyə girişi əngəlləyən qarın təmizlənməsinə kömək etmək üçün göndərilib.

 

Everestin şimal tərəfində olan turistlərin xəsarət alıb-almadığı da bəlli deyil.

 

Qeyd edək ki, asfaltlanmış yol ilə asan çıxışı olan Everestin şimal üzü müntəzəm olaraq çoxsaylı turistləri cəlb edir. Oktyabr, Hindistan mussonunun sonunda səmanın adətən təmizləndiyi pik mövsümdür.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR