Rusiya tankları yanacaqsız qala bilər - Ukraynanın gizli planı nədir?

Rusiya tankları yanacaqsız qala bilər - Ukraynanın gizli planı nədir?
Kateqoriya məlum deyil
T

Ukrayna artıq xeyli müddətdir ki, Rusiyanın sadəcə hərbi obyektlərini deyil, eləcə də yanacaq və nəqliyyat infrastrukturunu da hədəfə alıb. Son günlər Ukrayna ordusunun Rusiyanın müxtəlif regionlarında yerləşən neft emalı zavodlarına və yanacaq bazalarına yönələn zərbələri diqqətləri cəlb edir. Bu hücumlar təkcə hərbi əməliyyatlar çərçivəsində deyil, həm də iqtisadi təzyiq aləti kimi qiymətləndirilir. Analitiklərin fikrincə, Kiyev bu yolla Moskvanın enerji sektoruna ciddi zərbə vurmaq, həmçinin Rusiyanın hərbi-logistik imkanlarını məhdudlaşdırmaq niyyətindədir.

 

Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, bu, məqsədyönlü şəkildə seçilmiş strategiyadır.

 

 

Onun sözlərinə görə, burada bir neçə məqsəd ola bilər. 

 

Siyasi şərhçi qeyd etdi ki, neft müəssisələrinin hədəf alınması Rusiya iqtisadiyyatının geriləməsinə hesablanmış addımdır:

 

“Neft istənilən ölkənin, o cümlədən Rusiyanın iqtisadiyyatında əsas sütunlardan biridir. Həmçinin, nəzərə almaq lazımdır ki, döyüş meydanında tank kimi ağır texnikalar yanacaqla işləyir. Ukrayna yanacaq qıtlığı yaratmaqla döyüş meydanında texnikaların irəliləyişini ləngitməklə müəyyən üstünlüyə nail olmağı hədəfləyir”. 

 

K.Novruzovun fikrincə, bu, düzgün və ağıllı strategiyadır. Onun sözlərinə görə, bu stratetiya öz nəticəsini verir. 


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR