Kim Çen Inn “cəza maşını”nı təqdim etdi - FOTO

Şimali Koreya lideri Kim Çen In, yeni hərbi gəmisi “Choe Hyonu” ziyarət edərək gəminin “düşmən provokasiyalarını cəzalandıracağını” açıqlayıb və yeni “cəza maşını”nı təqdim edib.
Sfera.az “NTV”yə istinadən xəbər verir ki, Kim çen In ziyarət zamanı hərbçilərə müraciət edərək, 5 min ton ağırlığında olan destroyer gəmisinin ölkənin silahlı qüvvələrinin gücünü nümayiş etdirmək və düşmənə qarşı cavab tədbirləri görmək məqsədilə istifadə ediləcəyini deyib. Lider həmçinin eyni sinifdə üçüncü destroyerin gələn ilin oktyabrına qədər inşa ediləcəyini açıqlayıb.
Cənubi Koreya ordusu isə gəminin Rusiyanın yardımı ilə hazırlandığını və bunun müqabilində minlərlə Şimali Koreya əsgərinin Ukrayna müharibəsində Moskvaya dəstək üçün göndərilmiş ola biləcəyini bildirir. KCNA-nın yayımladığı fotolarda Kimin gəminin idarəetmə otağında dəniz izləmə ekranlarını yoxladığı və generallarla birlikdə xəritə üzərində qiymətləndirmə apardığı görünür.
Bəsti Rəfizadə
Sfera.az




















