Rusiya və Hindistan birgə hərbi təlimə başladı

Rusiya və Hindistan birgə hərbi təlimə başladı
Kateqoriya məlum deyil
T

Rusiya və Hindistan "İndra-2025" adlı birgə hərbi təlimə başlayıb.

 

Sfera.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Rusiya ilə Hindistan arasında keçirilən “İndra-2025” təlimi Hindistanın Racastan əyalətindəki “Mahajan” poliqonunda təşkil edilən mərasimlə başlayıb.

 


Oktyabrın 15-dək davam edəcək təlim iki ölkə arasında beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Təlim çərçivəsində Rusiya və Hindistan əsgərləri birgə taktiki hərəkətlər üzərində işləyəcəklər. Rusiya və Hindistan arasında “İndra” hərbi təlimi 2003-cü ildən bəri keçirilir.

 

Bəsti Rəfizadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR