Fransa tarixində ilk: Baş nazir hakimiyyətə gələn kimi istefa etdi

Fransa tarixində ilk: Baş nazir hakimiyyətə gələn kimi istefa etdi
Kateqoriya məlum deyil
T

Fransa siyasətində fövqəladə hadisə baş verib. Baş nazir təyin olunan Sebastian Lekornu yeni kabinet üzvlərini açıqladıqdan cəmi bir neçə saat sonra Emmanuel Makrona istefa ərizəsini təqdim edib və Yelisey Sarayı onun istefasını qəbul edib.

 

Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, Lekornu kabineti açıqladıqdan sonra həm sağ, həm də sol müxalifət tərəfindən tənqid olunub. Dünən axşam qurulan hökumət, Lekornunun bu səhər istefasını verməsi ilə cəmi 14 saat sonra dağılıb.


Beləliklə, Lekornu Beşinci Fransız Respublikası tarixində ən qısa müddət vəzifədə qalan baş nazir olub. 

 

Fransada dövlət borclarının yüksək olması və büdcə planları hökumət-müxalifət arasında əsas gərginlik mənbəyi olaraq qalır. Lekornunun istefası ilə ölkədə siyasi böhran davam edir.

 

Bəsti Rəfizadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR