Logo

Tramp Qəzza planından yazdı: "Gələn həftə tamamlana bilər"

Tramp Qəzza planından yazdı: "Gələn həftə tamamlana bilər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağındakı vəziyyəti həll etmək planının birinci mərhələsinin yaxın həftə ərzində tamamlana biləcəyini bəyan edib.

Sfera.az xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsindəki paylaşımında bildirib.

"Bu həftə sonu Həmas və bütün dünya ölkələri ilə girovların azad edilməsi, Qəzzada müharibəyə son qoyulması üçün çox müsbət müzakirələr aparıldı. Bu danışıqlar çox uğurlu oldu və sürətlə davam edir. Texniki qruplar bazar ertəsi Misirdə yekun detalları dəqiqləşdirmək üçün yenidən bir araya gələcəklər. Mənə deyirlər ki, birinci mərhələ bu həftə tamamlanmalıdır və mən hamıdan sürətli hərəkət etməyi xahiş edirəm", - Tramp yazıb və qeyd edib ki, istənilən gecikmə kütləvi qan tökülməsi və  heç kimin görmək istəmədiyi faciə ilə nəticələnəcək.

Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev Trampın Qəzza zolağında münaqişənin həllinə yönəlmiş “hərtərəfli planını” açıqlayıb. Sənəd 20 bənddən ibarətdir və xüsusilə Fələstin anklavında müvəqqəti xarici administrasiyanın tətbiqini və orada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. İsrail planla razılaşdığını açıqlayıb.

Qeyd edək ki, oktyabrın 6-da Misirdə İsrail və Fələstinin Həmas hərəkatı arasında dolayı danışıqların yeni raundu keçiriləcək.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR