Tramp yeni nüvə sualtı qayığının hazırlanmasını əmr edib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, dekabr ayında “Virginia” sinfinə aid yeni nüvə sualtı qayığının (APL) tikintisinə başlanacaq.
Sfera.az xəbər verir ki, Tramp bu fikri oktyabrın 5-də Virciniya ştatının Norfolk şəhərində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik Donanmasının əsas bazasında bu qoşun növünün 250 illik yubileyi münasibətilə çıxışı zamanı səsləndirib.
“Dekabrda yeni Virginiali sualtı qayığın təməli qoyulacaq” – deyə Tramp bildirib.
Pentaqonun 2025-ci ilin iyununda yaydığı məlumatda qeyd olunur ki, ABŞ hökuməti nüvə sualtı qayıqlarının tikintisi ilə məşğul olan istehsal güclərinin genişləndirilməsi və yenilənməsini sürətləndirmək məqsədilə General Dynamics şirkətinin tərkibinə daxil olan Electric Boat şirkətinə 987 milyon dollar ayırıb.
Qurumun məlumatına görə, bu vəsait həmçinin gələcək Columbia sinifli strateji nüvə sualtı raketdaşıyıcılarının, Virginia sinifli hücum tipli APL-lərin və sinifli aviadaşıyıcıların tikintisində istifadə edilən əsas komponentlərin hazırlanmasına, habelə sahə üzrə ixtisaslaşmış əsas gəmiqayırma zavodlarının və təchizatçı şirkətlərin fəaliyyətinə dəstək məqsədilə yönəldiləcək.
Niyaz Hacıyev
Sfera.az






