İngiltərədə məscidi yandırdılar

Kateqoriya məlum deyil
T
İngiltərədə məscid yandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə İngiltərə polisinin mətbuat xidməti "X" sosial media platformasında məlumat yayıb.
Qeyd edilib ki, Susseks qraflığının polisi İngiltərənin cənubundakı Pisxeyven şəhərində məscidə edilən hücumu araşdırır.
Hadisə oktyabrın 4-də axşam saatlarında baş verib. Polisin məlumatına görə, yanğın barədə yerli vaxtla saat 21:50 radələrində məlumat verilib. Yanğın dini obyektin əsas girişinə və yaxınlıqda dayanmış avtomobilə ziyan vurub. Xəsarət alan olmayıb. İngiltərə polisi hadisəyə nifrət zəminində törədilən cinayət kimi baxıldığını bəyan edib.






