Netanyahu fövqəladə iclas çağırdı

Netanyahu fövqəladə iclas çağırdı
Kateqoriya məlum deyil
T

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin Qəzza münaqişəsinin həlli ilə bağlı təqdim etdiyi planın detallarını müzakirə etmək üçün fövqəladə iclas çağırıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə Müdafiə Nazirliyinin direktoru İsrael Katz və strateji planlaşdırma naziri Ron Dermer iştirak ediblər. Lakin Qəzzada hərbi əməliyyatların dayandırılmasına qarşı çıxan maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir iclasa dəvət edilməyib.
Netanyahu Misirdə keçiriləcək danışıqlarda İsrail nümayəndə heyətinə rəhbərlik etmək üçün Ron Dermeri təyin etməyi nəzərdən keçirir.

 

Xatırladaq ki, oktyabrın 3-də ABŞ prezidenti Donald Tramp HƏMAS-ın Qəzzada münaqişənin həlli üçün hazır olduğunu açıqlayıb və İsraili yaşayış məntəqələrinə hücumları dayandırmağa çağırıb. Bundan sonra İsrail Müdafiə Qüvvələrinə (IDF) Qəzza şəhərinin nəzarətini ələ keçirmə əməliyyatlarını dayandıraraq müdafiə mövqeyi tutmaq göstərişi verilib.

 

Lakin IDF sözçüsü Avihai Adrai Qəzza sakinlərinə şəhərə qayıtmamaq barədə xəbərdarlıq edib.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR