ÜST vəba epidemiyası xəbərdarlığı verdi: 23 ölkəyə yayıldı, 4200-dən çox ölən var

ÜST vəba epidemiyası xəbərdarlığı verdi: 23 ölkəyə yayıldı, 4200-dən çox ölən var
Kateqoriya məlum deyil
T

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il Afrikada baş verən vəba epidemiyasından indiyədək 4200-dən çox insanın öldüyünü açıqlayıb.

 

Sfera.az bildirir ki, ÜST-nin Afrika Regional Bürosunun Regional Fövqəladə Hallar Direktoru vəzifəsini icra edən Patrik Abok Anqolada onlayn mətbuat konfransında regionun son illərdə ən çətin fövqəladə sağlamlıq halları ilə üzləşdiyini qeyd edib.
 

Abok onu da qeyd edib ki, Konqo Demokratik Respublikasının (DRC) Kasai əyalətində yeni Ebola epidemiyası vəba, M pox, qızılca və digər xəstəliklər səbəbindən onsuz da kövrək olan səhiyyə sistemlərini gərginləşdirir.
 

"Təkcə bu il 23 ölkədə 190 000-dən çox insan vəbaya yoluxub, 4200-dən çox insan dünyasını dəyişib. Bu ölkələrin 16-da epidemiyalar aktivləşib. Təhlükəsiz su və gigiyena vasitələrinə kifayət qədər çıxış olmaması səbəbindən humanitar böhranların yaşandığı bölgələrdə vəba ciddi ictimai sağlamlıq riski olaraq qalır"- deyə o bildirib.
 

ÜST-nin vəba müalicə mərkəzlərini dəstəklədiyini, ləvazimatlarla təmin etdiyini və xəstəliyin yayılmasının qarşısını almaq üçün peyvənd kampaniyaları apardığını qeyd edən Abok, bu il 15 milyon dozadan çox vəba peyvəndi tətbiq edildiyini qeyd edib.
 

Abok həmçinin qeyd edib ki, vəba hadisələri Çad, Sudan, Efiopiya və Konqo Demokratik Respublikası (DRC) kimi ölkələrdə pis sanitariya və iqlimlə bağlı daşqınlar səbəbindən sürətlə yayılır.
 

Qeyd edək ki, vəba çirklənmiş su və ya qida istehlakı ilə ötürülən bakterial infeksiyadır.

 

Aysel

PAYLAŞ