Rusiya Ukraynanın nəhəng neft-qaz şirkətini vurdu

Rusiya Ukraynanın nəhəng neft-qaz şirkətini vurdu
Kateqoriya məlum deyil
T

Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat başlayandan bəri Ukraynanın qaz hasilatı infrastrukturuna ən kütləvi hücumu həyata keçirib.

 

Sfera.az “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Naftoqaz” şirkətinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, oktyabrın 3-nə keçən gecə Rusiya Xarkov və Poltava vilayətlərində yerləşən “Naftoqaz” obyektlərinə 35 raket və 60 pilotsuz uçuş aparatı, o cümlədən ballistik raketlər atıb. Hücum nəticəsində bəzi obyektlər ciddi ziyan görüb.

 

Xatırladaq ki, bundan əvvəl “Naftoqaz”ın İdarə Heyətinin sədri Serhiy Koretski “The Washington Post” qəzetinə açıqlamasında Ukraynada neft emalı sənayesinin tamamilə məhv edildiyini bildirmişdi.

 

Rusiya tərəfi isə hücumların enerji sektoru, müdafiə sənayesi, hərbi komandanlıq və rabitə obyektlərinə yönəldiyini açıqlayır. Qeyd edək ki, Rusiya Ukrayna infrastrukturuna genişmiqyaslı zərbələrə 2022-ci ilin oktyabrında, Krım körpüsündəki partlayışdan sonra başlamışdı.

 

Ukrayna hakimiyyəti qış mövsümü öncəsi vətəndaşları fənər və alternativ enerji vasitələri ilə təmin olunmağa çağırıb.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR