Krımda Rusiyanın mühüm hərbi hədəfi vuruldu

Krımda Rusiyanın mühüm hərbi hədəfi vuruldu
Kateqoriya məlum deyil
T

Ukrayna Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatları (PUA) işğal altında olan Krım yarımadasında Rusiyanın “S-400” “Triumf” hava hücumundan müdafiə sisteminin radar stansiyasını məhv edib.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, Ukrayna Xüsusi Əməliyyatlar Qüvvələri (SSO) açıqlayıb ki, 29–30 sentyabr gecəsi həyata keçirilən əməliyyat nəticəsində radar stansiyası vurulub. 


Bu stansiya S-400 sisteminin “gözü” hesab olunur və hədəflərin aşkarlanması ilə sistemin döyüş qabiliyyətini təmin edir.


Açıqlamada bildirilir ki, radar stansiyasının məhv edilməsi nəticəsində S-400 “Triumf” sistemi bütün gözləmə və hədəf təyinetmə qabiliyyətini itirib:


“Başda PUA-lara qarşı istifadə olunan bahalı hava müdafiə sistemi, Ukrayna Xüsusi Əməliyyatlar Qüvvələrinə aid PUA-larla təsirsiz hala gətirildi. Radar stansiyası olmadan sistemin bütün döyüş qabiliyyəti yox olur”.


Hücumun bir neçə il əvvəl Rusiya tərəfindən ilhaq edilmiş bölgədə baş verməsi diqqət çəkir və Ukrayna hərbi strategiyasının effektivliyini ortaya qoyur.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR