Alman diplomatlardan sərt etiraz: "Yaxın Şərq siyasətini dəyişin"

Almaniyada siyasət və diplomatiya sahəsindən 170-dən çox tanınmış şəxs Qəzza müharibəsi ilə bağlı Almaniya hökumətinə müraciət edib. Siyasətçilər hökumətdən Yaxın Şərq siyasətində dəyişiklik etməyi tələb ediblər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bəyannamədə Almaniyanın İsrailin Qəzzada işğalına və fələstinlilərə qarşı zorakılığına kifayət qədər reaksiya göstərmədiyi, Fələstinin tanınmasını iki dövlətli həll prosesinin son mərhələsi kimi qiymətləndirdiyi və digər Avropa ölkələrindən fərqli mövqe tutduğu vurğulanıb.
İmza atanlar arasında sabiq Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Cozef Borrell, İsrail parlamentinin keçmiş sədri Avraham Burq, Yaxın Şərq üzrə ekspert Daniel Gerlax və diplomat Filip Holzapfel də yer alıblar.
Bəsti Rəfizadə
Sfera.az






