Münhen hava limanı PUA-lara görə bağlandı
Kateqoriya məlum deyil
Almaniyanın Münhen hava limanı pilotsuz uçan aparatların görüntüləri səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Sfera.az bu barədə “Reuters”ə istinadla xəbər verir.Ümumilikdə hava limanında 17 reys təxirə salınıb, 15 reys yönləndirilib, 3000-ə yaxın sərnişinin biletində dəyişiklik edilib.
Qeyd edək ki, bu gün səhər hava limanından bildirilib ki, Almaniyanın hava hərəkətinə nəzarət xidməti ilk dəfə cümə axşamı yerli vaxtla saat 22:18-də pilotsuz uçan aparatların müşahidə edilməsi barədə məlumat verib və bu, əvvəlcə uçuş məhdudiyyətlərinə səbəb olub, sonradan tamamilə dayandırılıb.
Firuzə Əliyeva
Sfera.az






