İş qadını sevgilisinin boşanması üçün 420 min dollar ödədi – Pulu geri ala bilmədi

Çində Çongqinqdən olan Zhu (Çju) adlı iş qadını tabeliyində olan gəncin boşanması üçün ona 420 min dollar pul verib. Daha sonra qadının pulunu geri almağa çalışması yüksək səviyyəli hüquqi mübahisənin yaranmasına səbəb olub.
Sfera.az bildirir ki, bir il sonra məhkəməyə müraciət edən çinli qadın pulunu geri almağa çalışıb.
Zhu adlı iş qadını özündən kiçik, evli işçisi Heyə aşiq olub. Boşanmasını sürətləndirmək üçün o, həyat yoldaşı Çenə 420 min dollar köçürüb. Bu məbləğ kompensasiya və uşaq dəstəyi kimi nəzərdə tutulmuşdu.
Zhu və He bir il birlikdə yaşasalar da, tezliklə ayrılmaq qərarına gəliblər. Daha sonra iş qadını məhkəməyə müraciət edərək pulun qaytarılmasını tələb edib.
Birinci məhkəmə işi onun xeyrinə qərar verib. Vəsaitlər mənəviyyatı və ictimai asayişi pozan “etibarsız hədiyyə” hesab edilib. Bununla belə, Çen və He apellyasiya şikayəti veriblər və yuxarı məhkəmə qərarı ləğv edib. Zhu (boşanmağa təşviq edən) və pulu şəxsən köçürdüyünə dair sübut təqdim etməyib. Nəhayət, vəsait He adına ödəniş kimi tanınıb və Çen pulu geri ödəməkdən azad edilib.
Bu hekayə Çin sosial mediasında qızğın müzakirələrə səbəb olub. İstifadəçilər Zhunun hərəkətlərini kəskin tənqid ediblər.
Aysel






