Boyu 2 metr olmasına baxmayaraq qısa boylu sevgilisindən əl çəkməyən qadın - FOTOLAR

“Sevgi sərhəd tanımır” deyimini hamımız eşitmişik. Bəzi cütlər bunu hər fürsətdə sübut edirlər. Çinin cənub-qərbindən gələn bu hekayədə 2 metr boyunda qadınla 1,68 metr boyunda bir kişinin sevgisindən danışacağıq. Cütlüyün hətta övladı da var.
Sfera.az bildirir ki, Çinin cənub-qərbində yaşayan cütlük boy fərqinə görə sosial mediada trend mövzusuna çevrilib.
Kişinin boyu 1,68 metr, qadının isə 2,20 metrdir. Bu qeyri-adi fərq tez bir zamanda qızğın müzakirələrə səbəb olub.
Bəlkə də kişi uzun, qadın qısa olsa, bu qədər söz-söhbət olmazdı.
Cütlüyün aldığı tənqidlər təkcə sosial mediadan deyildi: Ailələrinin etirazlarına baxmayaraq, cütlük münasibətlərini davam etdirib və iki ilə yaxındır ki, birlikdədir.
Zihao ləqəbli şəxs və sevgilisi Xiaoyue üç il əvvəl Xiaoyue tərəfindən canlı yayım zamanı tanış olublar. Zihao yayım zamanı yazdığı şərhlər vasitəsilə onunla söhbət etməyə başlayıb. İkisi tez bir zamanda bir-biri ilə maraqlanıb və münasibət qurmağa başlayıb. O vaxtdan bəri iki ildən çoxdur ki, birlikdədirlər.
Zihao deyir ki, münasibətlərinin əvvəlindən ətrafdakıların, xüsusən də ailəsinin reaksiyası ilə üzləşib.
"Ailəm onun boyuna görə münasibətimizə qarşı çıxdı. Amma biz həyatımızı birlikdə keçirməyə qərarlı idik".
Bütün maneələrə baxmayaraq, evlənən çinli cütlük körpə gözləyir.
Müayinələr nəticəsində körpənin sağlam olduğu məlum olub. Həkimlər uşağın gələcəkdə 2 metrə çatacağını proqnozlaşdırırlar. Toksik olmayan sosial media istifadəçiləri də cütlüyə dəstək mesajları yağdırırlar:
Xiaoyuenin "Valideyn sevgisinin nə olduğunu bilmirəm. Amma öz körpəmi daşıyıram və ona ən gözəl sevgini vermək istəyirəm" sözləri isə ürək ağrıdıcıdır.
Aynil












