Dünyanın ən nadir qan qrupuna sahib qadın "Qızıl Qan" sayəsində xilas oldu

Dünyanın ən nadir qan qrupuna sahib qadın "Qızıl Qan" sayəsində xilas oldu
Kateqoriya məlum deyil
T

Türkiyənin Qaziantep şəhərində Naide Soylu adlı qadında dünyanın ən nadir qan qrupu olan '“Rh Null” aşkar edilib.
 

Sfera.az bildirir ki, Naide Soylu dünyanın ən nadir qan qrupuna sahibdir. "Rh Null" qan qrupu nadir olduğuna görə "qızıl qan" da adlanır. Üçüncü övladına hamilə olan Naide Soylunun doğumdan əvvəl qana ehtiyacı olduğu üçün Türk Qızıl Aypara xüsusi olaraq İspaniyadan “qızıl qan” gətirib. Soylunun nadir qan qrupu hamiləlik dövründə aşkarlanıb.
 

30 yaşlı Naide Soylu üçüncü hamiləliyində dünyanın ən nadir qan qrupuna sahib olduğunu öyrənib. “Rh Null” adlanan bu qan qrupu dünya üzrə 6 milyon insandan birində rast gəlinir və “qızıl qan” kimi də tanınır.
 

Türk Qızıl Ayparası işə qarışıb və İspaniyadan üç vahid qan gətirib.



Qeyd edək ki, qızıl qan qrupu olan Rh Null olan insanlar hər kəsə qan verə bilər, lakin yalnız eyni qan qrupundan qan ala bilərlər.
 

Naide Soylu, "qızıl qan" sözünü ilk dəfə eşitdiyini qeyd edərək bildirib:
 

"Qızıl qan haqqında ilk dəfə eşitdim. Doğuşdan sonrq uşağımı qucağıma ala bilməyəcəyimdən qorxdum. Ümidimi itirmişdim, ailəm və həyat yoldaşım mənə təsəlli verirdi. Doğuş vaxtı yaxınlaşdıqca İspaniyadan gələn xoş xəbər məni həyata qaytardı. Qan ilk verilən an ürəyim döyünürdü; qorxdum, nəyinsə baş verdiyini hiss etdim, amma şükürlər olsun ki, yenidən əməliyyat olundum. Qan verdikdən sonra yenidən sağaldım, bir damla qana belə ehtiyacımız olarmış”.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR