Əfqanıstan qaranlığa büründü: Bütün ölkədə internet kəsilib

Əfqanıstan qaranlığa büründü: Bütün ölkədə internet kəsilib
Kateqoriya məlum deyil
T

Talibanın idarə etdiyi Əfqanıstanda bu yaxınlarda bəzi əyalətlərdə “əxlaqsızlığın qarşısını almaq üçün” internet kəsilməsi yaşanıb. Taliban ölkə daxilində internet kəsilməsini uzadıb. İnternetin kəsilməsi telefon xətlərində də problemlər yaradır.

 

Qeyd edək ki, 2021-ci ildə Taliban Əfqanıstanda nəzarəti bərpa edib, qızların təhsilinə məhdudiyyətlər qoyub. Son qadağa isə internet olub.

 

Sfera.az bildirir ki, Taliban sözçüsü lider Heybətullah Axundzadənin göstərişi ilə bəzi əyalətlərdə “ictimai əxlaqsızlığın qarşısını almaq üçün” internet məhdudiyyətlərinin qoyulduğunu açıqlayıb.

 

Məlumatlara görə, Əfqanıstanda bütün ölkə üzrə internet kəsilməsi başlayıb. Bundan əlavə, bağlanma telefon xətlərinin sıradan çıxmasına da səbəb olub.

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, internetin bağlanması təkcə informasiya axını deyil, həm də biznes, təhsil və beynəlxalq ünsiyyəti ciddi şəkildə pozacaq. BVF və Dünya Bankının keçmiş müşaviri Ömər Fərhadi:

 

“Bu qərar Əfqanıstan xalqını kor nöqtəyə sürükləyir" - deyə bildirib.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR