"Etirazın Fələstinə faydası yoxdur" - Meloni

"Etirazın Fələstinə faydası yoxdur" - Meloni
Kateqoriya məlum deyil
T

İtaliyanın Baş naziri Corciya Meloni, İsrailin hücumuna məruz qalan Qlobal Sumud Donanması barədə verdiyi açıqlamalarla ölkədə ciddi mübahisələrə səbəb olub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Siyasi Birliyinin (ASB) 7-ci zirvəsində jurnalistlərə danışan Meloni, donanmaya qatılan və İsrail tərəfindən qanunsuz saxlanılan İtaliya vətəndaşlarının geri gətirilməsi üçün addımlar atacaqlarını deyib:


“Hadisələri dəqiqə-dəqiqə izləyirik. Bu insanların ən qısa zamanda İtaliyaya geri qayıtması üçün əlimizdən gələni edəcəyik”.


Lakin Baş nazir həm donanma, həm də İsrailin hücumunu etirazla qarşılamaq üçün ümumi etiraz elan edən həmkarlar ittifaqlarını sərt tənqid edib:

 

“Donanmanın Fələstin xalqına heç bir faydası yoxdur. Əksinə, İtaliya xalqına çətinlik gətirəcək. Həmkarların ümumi tətili cümə gününə salması da gözlənilməzdir”.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR