Rusiya ayda 4-5 min PUA istehsal edir

Rusiya ayda 4-5 min PUA istehsal edir
Kateqoriya məlum deyil
T

NATO bloku hərbi innovasiyalar sahəsində Rusiya və Çindən geri qalır.

 

Sfera.az xəbər verir ki, bu barədə Kanadanın "The Globe and Mail" qəzeti, NATO-nun Müdafiə İnnovasiyaları Sürətləndiricisi (DIANA – Defence Innovation Accelerator for the North Atlantic) proqramının icraçı rəhbərinin vəzifələrini müvəqqəti icra edən Ceyms Appaturayın açıqlamasına istinadən məlumat yayıb.

 

Təşkilatın yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, hazırda NATO üçün əsas prioritetlərə hava hücumundan müdafiə və raketdən müdafiə vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalına yönəlmiş texnologiyalar daxildir. 


Onun bildirdiyinə görə, Rusiya ay ərzində 4–5 minə yaxın PUA istehsal edir: 

 

“Biz bu imkanlardan çox uzağıq”, – deyə Appaturay etiraf edib.


Bundan əlavə, o vurğulayıb ki, Çin NATO-nu 45 yeni və irəliləyiş xarakterli texnologiyadan 35-də, o cümlədən kvant elmləri və biotexnologiyalar sahəsində qabaqlayır.


Alyans nümayəndəsi bildirib ki, NATO ilə yanaşı Kanadadan da şirkətlərin DIANA proqramında fəal iştirakına ümid edir. Onun sözlərinə görə, bu yolla NATO ilə Rusiya və Çin arasındakı texnoloji fərqi sürətlə azaltmaq mümkündür. Appaturayın fikrincə, alyans ölkələrinin müdafiə xərclərinin artırılması ilə bağlı öhdəlikləri bu prosesə təkan verəcək və həmin vəsait hesabına, o cümlədən özəl texnologiya şirkətlərini DIANA proqramına daha fəal cəlb etmək mümkün olacaq.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR