Rusiya Çernobılın mühüm infrastrukturunu vurdu – VİDEO

Rusiya Çernobılın mühüm infrastrukturunu vurdu – VİDEO
Kateqoriya məlum deyil
T

Rusiya ordusunun hücumu nəticəsində Çernobıl Atom Elektrik Stansiyasında üç saat davam edən elektrik kəsintisi baş verib. Nəticədə radiasiyanı filtrləyən sistemlər fəaliyyətini dayandırıb və dünya yeni bir nüvə böhranının astanasına gəlib. Təcili generatorların işə salınması ilə vəziyyət nəzarətə götürülüb, böyük fəlakət son anda önlənib.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, 1986-cı ildə baş verən faciədən sonra qismən məhv olan stansiyada radiasiyanın yayılmasının qarşısını almaq üçün qurulan “metal tabut” – Yeni Təhlükəsizlik Qalxanı – Rusiya artilleriya atəşi nəticəsində elektrik təchizatından məhrum qalıb.

 

Hücum zamanı qalxana enerji verən transformatorlar vurulub.


BMT-nin Nüvə Nəzarət Agentliyi açıqlayıb ki, zədələnmiş reaktor nüvəsini əhatə edən qoruyucu qurğu elektrik təchizatından kənarda qalıb və iki təcili generator işə salınıb. Ukraynalı rəsmilər bildiriblər ki, hər hansı radiasiya sızması qeydə alınmayıb, lakin “çox ciddi bir fəlakət ucuz başa gəlib”.


Ukrayna Prezidenti Volodimir Zelenski hadisə ilə bağlı deyib:


“Bu gün Rusiyanın Slavutıçdakı enerji obyektlərimizdən birinə etdiyi hücum Çernobıl AES-də üç saatdan çox davam edən elektrik kəsintisinə səbəb oldu”.

 


Zelenskinin sözlərinə görə, 1986-cı ildəki partlayışdan qalan dördüncü reaktorun qalıqları və radioaktiv tozun ətrafa yayılmasının qarşısını alan Yeni Təhlükəsizlik Qalxanı da təsirlənib.


Qeyd edək ki, ötən fevral ayında Rusiyanın pilotsuz aparatla təşkil etdiyi hücum qalxana zərər versə də, radiasiya səviyyəsində artım qeydə alınmamışdı.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR