"Trampın nəzərdə tutduğu 72 saatlıq girov azadlığı mümkün deyil"

"Trampın nəzərdə tutduğu 72 saatlıq girov azadlığı mümkün deyil"
Kateqoriya məlum deyil
T

HƏMAS ABŞ Prezidenti Donald Trampın açıqladığı planın əsas müddəalarından birini – bütün sağ qalan girovların azad edilməsi və ölülərin qalıqlarının 72 saat ərzində İsrailə təhvil verilməsini reallaşdırmağın mümkün olmadığını etiraf edib. 

 

Sfera.az “Maan” xəbər agentliyinə istinadən xəbər verir ki, Dohada keçirilən məsləhətləşmələr zamanı HƏMAS nümayəndələri vasitəçilərə bildiriblər ki, “planın şərtlərinə baxılması üçün daha çox vaxta ehtiyac var”.


HƏMAS ABŞ administrasiyasının təkliflərində bir sıra məqamlara etirazlarını da çatdırıb. Onlar xüsusilə İsrail qüvvələrinin Qəzzadan çıxarılması, hərbi əməliyyatların dayandırılması və Həmasın hərbi qanadının tərksilahı ilə bağlı müddəalara əlavə suallar qaldırıb.

 

Hərəkat etiraf edib ki, Qəzzada intensiv hərbi əməliyyatların gedişində girovları saxlayan dəstələrlə əlaqə qurmaq çətinləşib, əsirlərin yerləşdiyi yerlər və onların fiziki vəziyyəti barədə dəqiq məlumat yoxdur. Bu səbəbdən girovların 72 saatda tam azad olunması real görünmür.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR