Zelenskinin Avropadan umacağı 2 məsələ var - Politoloq

Ukrayna Prezidenti Volodimir Zelenski Kopenhagendə Avropa liderləri ilə mühüm görüş keçirəcək. Danimarkanın Baş naziri Mette Frederiksenin verdiyi məlumata görə, Zelenski Avropa Siyasi Birliyi sammitində çıxış edəcək və təxminən 50 dövlət və hökumət başçısının iştirak etdiyi müzakirələrdə Ukraynanın mövqeyini diqqətə çatdıracaq. Görüşlərdən sonra tərəflərin birgə mətbuat konfransı da gözlənilir.
Sfera.az-a açıqlama verən politoloq Fərhad Məmmədov bildirib ki, Ukraynanın Avropadan umacağı 2 məsələ var.
Onun sözlərinə görə hər iki məsələ Ukraynanın bir dövlət kimi qalmasını şərtləndirir:

“Birincisi hərbi dəstəyin təşkilidir. Yəni, Avropa ölkələri tərəfindən silahların tədarükü və ABŞ-dən alınan silahların Ukraynaya çatdırılmasıdır. İkinci məsələ isə Ukrayna iqtisadiyyatının dayanıqlığını saxlaması üçün maliyyə yardımlarıdır. Hər iki məsələnin əsasında ilk növbədə maliyyə məsələsi durur. Danışıqların da əsas mövzularından biri məhz bu olacaq”.
Politoloq əlavə edib ki, digər bir istiqamət isə siyasi kordinsiyadır yəni, ABŞ ilə olan dialoqun dəstəklənməsidir. Digər tərəfdən Avropa İttifaqı daxilində Ukrayna ilə bağlı narazılıqların aradan qaldırılması müzakirə ediləcək.
Niyaz Hacıyev
Sfera.az






