İlon Maskın sərvəti 500 milyard dollara çatıb

Amerikalı sahibkar İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs olub.
Sfera.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.
Nəşr bildirir ki, Tesla və SpaceX-in rəhbəri, X sosial şəbəkəsinin və Neuralink neyrotexnologiya şirkətinin sahibi Maskın xalis sərvəti 500 milyard dolları keçib.
Jurnal Maskın sərvətinin yüksəlməsini onun ABŞ hökumətinin səmərəlilik agentliyinin rəhbəri vəzifəsindən istefa vermək və diqqətini biznesə yönəltmək qərarı ilə əlaqələndirir.
Qeyd edək ki, Mask Forbes milyarderlər siyahısına başçılıq edir. Onun ardınca “Oracle”ın sədri Larri Ellison (351,6 milyard dollar), “Meta” həmtəsisçisi Mark Zukerberq (246,1 milyard dollar), “Amazon”un qurucusu Ceff Bezos (233,2 milyard dollar) və “Google”un həmtəsisçisi Larri Peyc (20 milyard dollar) gəlir.
Əvvəlki rekord da Maska məxsusdur. O, ötən ilin dekabrında sərvəti 400 milyard dolları keçən ilk şəxs olub.
Firuzə Əliyeva
Sfera.az






