Qazaxıstan Senatı Ermənistana görə toplaşır

Qazaxıstan Senatı Ermənistana görə toplaşır
Kateqoriya məlum deyil
T

Bu gün Qazaxıstan Senatının plenar iclasında deputatlar Qazaxıstan və Ermənistan arasında miqrasiya sahəsində əməkdaşlığı gücləndirəcək qanunu müzakirə edəcəklər.

 

Sfera.az xəbər verir ki, bu barədə senatın saytında bildirilib.

 

İclasın gündəliyinə aşağıdakı iki məsələ daxildir:

 

1. “Qazaxıstan Respublikası Hökuməti və Ermənistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi haqqında” Qazaxıstan Respublikasının Qanunu.

2. “Qazaxıstan Respublikası Hökuməti ilə Ermənistan Respublikası Hökuməti arasında vətəndaşların gediş-gəlişi və qalma qaydası haqqında Sazişin təsdiq edilməsi haqqında” Qazaxıstan Respublikasının Qanunu.

Saziş 2024-cü ilin aprelində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri zamanı imzalanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR