Fermaya düşən naməlum tüklü obyekt çaşqınlıq yaratdı - FOTO

Fermaya düşən naməlum tüklü obyekt çaşqınlıq yaratdı - FOTO
Kateqoriya məlum deyil
T

Argentinada göydən boş sahəyə düşən obyekt mütəxəssisləri çaşdırıb. 

 

Sfera.az xəbər verir ki, Argentinanın şimalındakı Puero Torildə tapılan obyektin uzunluğunun 1,7 metr, eninin isə 1,2 metr olduğu bildirilir. Qəribə obyektin bir ucunda qapaq, digər ucunda isə 40 sm diametrli dəlik tapılıb. Silindrik obyektin seriya nömrəsi də olub. 

 

Lakin onun səthindəki tük kimi liflər obyekti daha da sirli edib.

47 yaşlı torpaq sahibi Ramón Ricardo González səlahiyyətlilərə xəbər verib və araşdırma aparmaq üçün həm yerli polis, həm də yanğınsöndürənlər hadisə yerinə göndərilib. Obyektin partlayıcı olmadığından əmin olmaq üçün bomba mütəxəssisləri də gəlib.

 

Obyektin kosmik zibil olması ehtimalı güclüdür. Kosmik müşahidəçilərdən birinin fikrincə, bu, kosmik gəmiyə aid kompozit astarlı təzyiq gəmisi ola bilər.

 

Xanım

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR