Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ

Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ
Kateqoriya məlum deyil
T

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) üzv ölkələrin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsi ölkənin bu birlikdən azad olunmasını şərtləndirdi.

 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

 

“2022-ci ildə biz anlayanda ki, KTMT bizim qarşısında öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq, çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik", - Paşinyan bildirib.

 

O, KTMT-nin təhlükəsizlik sistemini "köpük" adlandırıb.

 

“O, dövlətimizin qurulmasının qarşısını alan vasitədən başqa bir şey deyildi”, - Paşinyan vurğulayıb.

 

İyulun 16-da Paşinyan bəyan etmişdi ki, Ermənistan böyük ehtimalla təşkilata üzvlüyünü dondurmaq əvəzinə KTMT-dən çıxacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR